Fransa Prezidenti: İsrailin mülki şəxslərə hücum etmək hüququ yoxdur

Fransa Prezidenti: İsrailin mülki şəxslərə hücum etmək hüququ yoxdur

“Biz döyüşlərin (İsrail və HAMAS arasında-red.) yenidən başlamasına yalnız təəssüflənirik”.

Bunu Fransa Prezidenti Emmanuel Makron Dubayda keçirilən BMT İqlim Konfransında çıxışında deyib.

“Biz İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində özünümüdafiə hüququnu tanıyırıq. Ancaq onun mülki şəxslərə hücum etməyə hüququ yoxdur”, – Prezident vurğulayıb.

Fransa Prezidenti deyib ki, HAMAS-ın tamamilə məğlub edilməsi illərlə davam edəcək müharibə deməkdir: “HAMAS-ın tamamilə məhv edilməsinə nail olmaq fikri müharibənin 10 il davam edəcəyi deməkdir. Beləliklə, bu məqsəd aydınlaşdırılmalıdır. Biz əmin olmalıyıq ki, onun yerinə başqa qruplaşma gəlməyəcək, bunun üçün də beynəlxalq səylər vacibdir”.

Makron Qəzzada mülki əhalinin həyatı hesabına təhlükəsizliyə nail olmağın mümkün olmadığını bildirib: “Bu, İsrail üçün təhlükəsizlik gətirməyəcək. Qəzzada mülki itkilər olduqca daha çox nifrət və yeni terror qrupları formalaşacaq”.

Emmanuel Makron ikidövlətli həll yolunun dayanıqlı sabitlik üçün əsas yol olduğuna işarə edib: “Terrorla mübarizə dayanmadan mülki əhalini bombalamaq deyil. Terrorla dayanıqlı mübarizə üsulu bu deyil. İsrailin təhlükəsizlik zəmanəti olmalıdır, amma Qəzzada mülki əhalinin həyatı qorunmalıdır”.

Makron danışıqlar üçün Qətərə səfər edəcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 4 =