Fransa XİN rəhbəri Qəzzada atəşkəslə bağlı danışıqların irəlilədiyini deyib

Fransa XİN rəhbəri Qəzzada atəşkəslə bağlı danışıqların irəlilədiyini deyib

Qəzzada atəşkəslə bağlı danışıqlar irəliləyir.

Reuters” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

“İşlər irəliləyir, lakin bu müzakirələrdə, danışıqlarda həmişə diqqətli olmaq lazımdır. Qəzzada vəziyyət fəlakətlidir və bizə atəşkəs lazımdır”, – fransalı nazir vurğulayıb.

Qeyd edək ki, Fransa xarici işlər naziri Əl-Riyaddadır. O, ərəb və Qərb ölkələrinin nazirləri, Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =