Fransa zülmünə qarşı gərginlik artır: əsir saxlanılan adadan dəhşətli görüntülər – VİDEO
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) Fransanın Korsika adasından videoreportaj hazırlayıb.
Videoreportajda korsikalıların azadlıq mübarizəsinin hələ XVIII əsrdən başladığı vurğulanıb. Qeyd olunub ki, kolonial siyasət yürüdən mərkəzi hakimiyyət iki əsrdən çoxdur ki, bu haqq səsini boğur.
Fransa bu gün korsika xalqı ifadəsini öz konstitusiyasına zidd hesab edir, dövlət müəssisələrində korsika dilində danışmağı qadağan edir. UNESCO-nun məlumatına görə, təxminən 150 min nəfərin danışdığı korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir.
“Report” “Fransa zülmünə qarşı gərginlik artır: əsir saxlanılan adadan dəhşətli görüntülər” adlı həmin videoreportajı təqdim edir.
Report.az