Fransada islamofobiya davam edir: daha iki məscid bağlandı
Publika.az xəbər verir ki, Monpelye şəhərində Quran dərsləri verən iki mərkəz şəhər rəhbərliyinin göstərişi ilə bağlanıb.
Mərkəzlər, həm də məscid olaraq fəaliyyət göstərirdi. Monpelye şəhər meriyası mərkəzləri “qanunsuz olduğu” iddiası ilə bağlayıb.
Fransada dövlət tərəfindən bütün vasitələrlə İslama qarşı mübarizə aparılır. 2021-ci ilin avqustunda “respublika dəyərlərinə hörməti gücləndirən prinsiplər” adlı qanunun qüvvəyə minməsindən sonra islamofobiya qanuniləşdirilib. Bu qanunu əsas götürən Fransa dövləti son iki ildə 99 məsciddən 25-ni bağlayıb. Onlarla məscidin bağlanması istiqamətində də iş aparılır.
Publika.az