Fransada ölkədəki etirazlara görə 2000-dən çox fransalıya hökm oxunub

Fransada ölkədəki etirazlara görə 2000-dən çox fransalıya hökm oxunub

Fransanın Ədliyyə naziri bu ölkədə son xalq etirazlarında iştiraka görə məhkum olunanların sayını açıqlayıb.

Mehr Xəbər Agentliyinin Reuters-ə istinadən verdiyi məlumata görə, Fransanın ədliyyə naziri bu ölkədə son xalq etirazları ilə əlaqədar 2000-ə yaxın adama məhkəmə hökmü çıxarıldığını elan edib.

Bu barədə çərşənbə axşamı Fransanın Ədliyyə naziri Erik Düpon Morti məlumat verib.

Fransanın ədliyyə naziri son etirazlara hakimlərin çevik, qəti və sistemli reaksiya verməsinin zəruriliyini vurğulayıb.

Dupond Morti “RTL” radiosuna müsahibəsində bildirib ki, mühakimə olunan 2107 nəfərdən 1989-u təqsirli bilinib, 1789 nəfər isə həbs cəzasına məhkum edilib.

Fransanın Ədliyyə naziri əlavə edib: Mən fransız hakimlərdən qətiyyətli olmalarını xahiş etdim. Məsələ asayişi bərpa etmək idi.

Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra etiraz aksiyaları keçirilib, daha sonra Paris əhalisi bu şəhərin ətraflarında küçələrə çıxıb 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsinə etiraz edib. Bəzi etirazçıların polis tərəfindən geniş şəkildə həbs olunmasına baxmayaraq, bu etirazlar davam edib.

17 yaşlı fransız yeniyetmənin öldürülməsi insan haqları qruplarının Fransa təhlükəsizlik qüvvələrinin bu ölkə vətəndaşlarına, xüsusən də etnik azlıqlara qarşı davranışı ilə bağlı geniş tənqidləri fonunda baş verib.

Digər tərəfdən, Fransa prezidenti Emmanuel Makron 17 yaşlı yeniyetmənin ölkəsinin polisi tərəfindən öldürülməsinə passiv reaksiya verib. Fransa prezidenti bu cinayətin polis tərəfindən törədilməsini “bağışlanmayan” və “əsaslandırılmaz” adlandırıb.

Nanter vilayətinin prokurorluğu da bu yeniyetmənin qətlinin polis qüvvələri tərəfindən bir neçə nəfərin olduğu avtomobilə baxış zamanı baş verdiyini və bu yeniyetmənin hadisə yerində polisin birbaşa atəşi nəticəsində öldürüldüyünü açıqlayıb. Həmin polis “yanlışlıqla adam öldürmə”də günahlandırılır. O, indi həbsdədir.

Bu yeniyetmənin necə öldürüldüyünü əks etdirən şəkillərin fransız xalqının qəzəbinə səbəb olduğu deyilir. Nümayiş əvvəlcə Parisətrafı qəsəbələrdəki Nanter polis idarəsinə insanların toplanması ilə başlayıb və sürətlə şəhərin digər ərazilərinə yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − two =