Fransada son etirazlarda 700-dən çox adama həbs cəzası verilib

Fransada son etirazlarda 700-dən çox adama həbs cəzası verilib

Fransanın Ədliyyə naziri ölkə hakimlərinin fəaliyyətini yüksək qiymətləndirərkən 700-dən çox etirazçıya həbs cəzası verildiyini açıqlayıb.

AFP-nin xəbərinə görə, Erik Düpon Moretti fransalı hakimlərin qətiyyətli reaksiyasını yüksək qiymətləndirib və bildirib ki, ötən ayın sonunda keçirilən etiraz aksiyalarında 700-dən çox adam həbs edilib.

Etirazçılarla bağlı ümumilikdə 1278 hökm çıxarıldığı, müttəhimlərin 95%-dən çoxunun vandalizm və polis əməkdaşlarına hücum kimi ittihamlarla mühakimə olunduğu bildirilir.

Məlumatlara görə, Ədliyyə nazirinin açıqlamasına qədər 600 etirazçı həbs edilib.

Düpon Moretti daha sonra əlavə edib: İctimai asayişi bərpa etmək üçün güclü və sistemli reaksiya lazım idi.

Fransada 2005-ci ildən bəri görünməmiş son etirazlar iyunun 27-də polis məmurunun 17 yaşlı afro-amerikalı yeniyetməni güllələyərək öldürməsindən sonra başlayıb.

Xüsusi polis qüvvələri və zirehli maşınlar da daxil olmaqla, təxminən 45000 təhlükəsizlik qüvvəsinin yerləşdirilməsi və dörd gecə davam edən şiddətli qarşıdurmadan sonra bu etirazlar nəhayət ki, yatırılıb.

Düpon Moretti məhkəmələrdən ağır cəzalar çıxararaq bir növ çəkindirici vasitə yaratmağı xahiş edib. Ona görə də bəzi müdafiə vəkilləri məhkəmə prosesinin ədalətsiz olmasından və ağır cəzaların verilməsindən narahat olduqlarını bildiriblər.

İRNA-nın məlumatına görə, hesabatlara əsasən, bu etirazlarda həbs olunan 3700-dən çox adamın orta yaş həddi cəmi 17-dir.

Bu Avropa ölkəsi 2005-ci ildə ölkədə ən böyük iğtişaşlardan biri kimi qeydə alınan kütləvi etiraz aksiyalarının şahidi olmuşdu, lakin o zaman cəmi 400 nəfər həbs cəzasına məhkum edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 6 =