Fransadan ilk: qadınların abort hüququ…
![Fransadan ilk: qadınların abort hüququ…](https://sizinyol.org/wp-content/uploads/2024/03/fransa-parlamenti.jpg)
Fransa dünyada qadının hamiləliyini dayandırmaq hüququnun konstitusiyada təsbit edildiyi ilk ölkə oldu.
Bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, bu barədə qərarı Versal sarayında keçirilən konqresdə toplaşan respublika parlamenti təsdiqləyib:
“1958-ci il konstitusiyasına belə bir maddə əlavə edilib: “Qadınların hamiləliyini könüllü şəkildə dayandırmaq hüququna qanunla təminat verilir”. Bu, müasir Fransanın təsis sənədinə edilən 25-ci və 2008-ci ildən bəri ilk düzəlişdir. Maddənin konstitusiyaya daxil edilməsinin lehinə 780 deputat, əleyhinə isə 72 deputat səs verib”.