Fransanın müdafiə naziri İsrailə səfər edib

Fransanın müdafiə naziri İsrailə səfər edib

Fransanın müdafiə naziri Sebastien Lecornü bölgədə gərginliyin azaldılması imkanlarını müzakirə etmək üçün İsrailə gəlib.

Bu barədə “Frans Press“ (AFP) agentliyi məlumat yayıb.

Bu, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra Fransa hərbi idarəsi rəhbərinin İsrailə ikinci səfəridir.

AFP-nin məlumatına görə, səfərin əsas məqsədi girovların azad edilməsi imkanlarını və regionda gərginliyi azaltmaq yollarını tapmaqdır.

Agentliyin məlumatına görə, bazar ertəsi başa çatacaq səfər proqramına “İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantla görüş” daxildir. Bundan əlavə, Lekornu HƏMAS silahlıları tərəfindən girov saxlanılan insanların yaxınları ilə görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =