Fransanın XİN başçısı Azərbaycan və Ermənistana səfərinin məqsədindən danışıb
“Biz bütün mübahisələrin danışıqlar yolu ilə həllini istəyirik”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna “Armenpress”ə müsahibəsində deyib.
O bildirib ki, Fransa Avropa İttifaqı ilə birlikdə bu ideyaya sadiqdir: “Məhz bu çağırışı təkrarlamaq və danışıqları bərpa etmək üçün mən bu həftə
Azərbaycan və Ermənistana səfər etdim”.
Xatırladaq ki, K.Kolonna İrəvanda səfərdədir.
BAKU.WS