Gərginlik pik həddə çatdı: “Bədəlini ödəyəcəksiniz”

 Gərginlik pik həddə çatdı: “Bədəlini ödəyəcəksiniz”

“Şimaldakı düşmənlərimizə səslənirəm, bizi sınamayın, bədəlini ödəyəcəksiniz”.

Bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu İsrail əsgərlərinə müraciətində bildirib ki, İsrail öz missiyasından əl çəkməyəcək:

“Bu, işığın oğulları ilə qaranlığın oğulları arasında müharibədir. Öldürülən, yaralanan və qaçırılan qardaşlarınız var. Biz onların adından düşmən HƏMAS-ı məhv etmək, girovlarımızı geri qaytarmaq, ölkəmizin, vətəndaşlarımızın və uşaqlarımızın təhlükəsizliyini təmin etmək üçün kampaniyaya başladıq. İşıq qaranlığı məğlub etməyincə missiyamızdan əl çəkməyəcəyik. Yaxşılıq bizi və bütün dünyanı təhdid edən ifrat pisliyə qalib gələcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − five =