G7 Tayvan boğazındakı vəziyyətlə bağlı bəyanat qəbul edib

G7 Tayvan boğazındakı vəziyyətlə bağlı bəyanat qəbul edib

G7 ölkələrinin xarici işlər nazirləri “vahid Çin” siyasəti ilə bağlı mövqeyini dəyişmir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə G7 dövlətlərinin birgə bəyanatında qeyd olunub.

Bildirilir ki, G7 dövlətləri Tayvan boğazında sülhün tərəfdarıdır.

“Biz beynəlxalq ictimaiyyətin təhlükəsizliyi və rifahı üçün vacib element kimi Tayvan boğazında sülh və sabitliyin vacibliyini bir daha təsdiqləyirik və Tayvan boğazının hər iki tərəfindəki problemlərin sülh yolu ilə həllinə çağırırıq. Bəyan edilmiş “vahid Çin” siyasəti də daxil olmaqla, G7 üzvlərinin Tayvanla bağlı əsas mövqelərində heç bir dəyişiklik yoxdur”, – deyə bəyanatda vurğulanır.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, onun fikrincə, Tayvan ətrafındakı vəziyyət fonunda ABŞ dövlət katibi Entoni Blinkenlə Çinin xarici işlər naziri Qin Qanq arasında tezliklə görüşün keçirilməsi vacibdir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − three =