General Baqiri Türkiyədən fələstinlilərə dəstək istədi

General Baqiri Türkiyədən fələstinlilərə dəstək istədi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Türkiyənin müdafiə naziri arasında telefon danışığı baş tutub.

Bildirilir ki, general-leytenant Məhəmməd Baqiri Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə telefon danışığı zamanı deyib: “ABŞ-ın geniş dəstəyi, o cümlədən sionist rejim üçün silah və ağır döyüş sursatlarının verilməsi vəziyyəti çətinləşdirəcək”.

İranlı general söhbətinin davamında Türkiyə hökumətindən Qəzzə xalqına dəstək verməsini də istəyib.

Qeyd edək ki, bu günlərdə Türkiyə xalqı birmənalı olaraq qəsbkar İsrail rejiminin cinayətlərini pisləyir, onunla əlaqələrin dayandırılmasını tələb edir, lakin Ərdoğan hökuməti hələlik sözdə İsrailin cinayətlərini qınayır və ona qarşı adekvat tədbirlər görməyib.

Deyilənlərə görə, xalqın tələblərindən biri Azərbaycan neftini İsrailə daşıyan və onun hərb maşınını işlədən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini bağlamaqdır.

Yeri gəlmişkən bildirək ki, Qəzzə zolağına qarşı hücumlara görə İsraili tənqid etməkdən çəkinin rəsmi Bakı ötən həftə terror rejiminə göndərdiyi neftin həcmini daha 8 faiz artırıb və bu məlumat Report.az portalında öz əksini tapıb.

Bununla da İlham Əliyev hakimiyyəti hal-hazırda qaniçən İsrail rejiminə ehtiyac olan neftin 67 faizi təmin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =