General Əhmədi Müqəddəm: Ermənistanla münaqişədə İran Azərbaycanın yanında olub

General Əhmədi Müqəddəm: Ermənistanla münaqişədə İran Azərbaycanın yanında olub

Azərbaycan Respublikası Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənovun başçılıq etdiyi üç nəfərlik heyət Ali Milli Müdafiə Universitetini ziyarət edib.

Nümayəndə heyəti Ali Milli Müdafiə Universitetinin rektoru general-mayor İsmayıl Əhmədi Müqəddəm ilə görüşüb.

Görüşdə Əhmədi Müqəddəm Azərbaycanın İranın canı olduğunu və İran xalqının hər zaman Azərbaycana böyük sevgi göstərdiyini qeyd edərək deyib: “İran xalqı, hətta azəri olmayanlar belə Azərbaycanın müstəqilliyinə tam hörmətlə yanaşırlar. Çünki Qafqaz regionu İran İslam Respublikası üçün önəmlidir və bu bölgə üçün yaranmış təsirlər də bizim üçün əhəmiyyət daşıyır.”

Ali Milli Müdafiə Universitetinin rektoru söhbətinin davamında deyib: “İran İslam Respublikası Azərbaycanla Ermənistan arasındakı münaqişələrdə həmişə Azərbaycanın müdafiəçisi olub. Biz hər zaman iki ölkə arasında sülhün və qardaşlığın bərqərar olmasına çalışmışıq və Azərbaycanla qədim tarixi əlaqələrimizdən istifadə edərək bu ölkənin Ermənistanla problemlərinin həllinə kömək etməyə səy göstərmişik.”

General-mayor Əhmədi Müqəddəm İran İslam Respublikasının Silahlı Qüvvələrinin strukturunda Milli Müdafiə Universitetinin mövqeyini və əhəmiyyətini izah edərək, bu universitetin növbəti tədris ili üçün Azərbaycan Respublikasından doktorantura səviyyəsinə tələbə qəbuluna hazır və maraqlı olduğunu açıqlayıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin başçısı, general-mayor Arif Həsənov da, bu nümayəndə heyətinin İran İslam Respublikasına gəlişindən bəri göstərilən çox isti və səmimi qonaqpərvərliyə görə təşəkkür edərək deyib: “Gəldiyimiz andan özümüzü evimizdə təsəvvür etmişik. Halbuki, dünyanın başqa ölkələrinə çoxlu səfərlər etməyimizə baxmayaraq, biz bu hissi heç vaxt belə şiddətlə yaşamamışdıq.”

Azərbaycan nümayəndə heyəti Ali Milli Müdafiə Universitetinin fakültələrində, həmçinin bu ali məktəbin əcnəbi tələbələrinin təhsil aldığı fakültələrdə olub, universitetin fəaliyyətləri ilə yaxından tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 7 =