General öldürüldü, ordu hazır vəziyyətə gətirildi: “Qisasa HAZIRIQ”

General öldürüldü, ordu hazır vəziyyətə gətirildi: “Qisasa HAZIRIQ”

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvü Seyid Razi Musəvi Suriyanın paytaxtı Dəməşq yaxınlığında İsrailin hava hücumu nəticəsində öldürülüb.

Musavat.com xəbər verir ki, İran bu məlumatı təsdiqləyib.

İran İnqilab Keşikçiləri Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsinin verdiyi açıqlamada deyilir: “Bir neçə saat əvvəl İnqilab Keşikçiləri Korpusunun Suriyadakı hərbi məsləhətçilərindən biri, briqada generalı Seyid Razi Musəvi saxta və uşaq qatili sionist rejimin Dəməşqə hücumu nəticəsində həyatını itirib. O, həmçinin general Qasım Süleymaninin yaxın dostlarından biri idi və Suriyada müqavimət cəbhəsini dəstəkləməkdən məsul idi. Qəsbkar və vəhşi sionist rejim, şübhəsiz ki, bu cinayətin əvəzini ödəyəcək”.

658a5d305b5250d7a8a36964.jpg (37 KB)

İran prezidenti İbrahim Rəisi Musəvi ilə bağlı başsağlığı mesajında ​​İsraili hədələyib: “Sionistlər bu cinayətin bədəlini mütləq ödəyəcəklər”.

İsrail ittihamları birbaşa şərh etməkdən imtina edib, lakin bu ölkənin rəsmiləri İranın qisas alması ehtimalına hazır olduqlarını bildiriblər.

ABŞ-ın “New York Times” qəzetinə danışan bir hərbi rəsmi bildirib ki, həm İran, həm də Hizbullah İsraili ittiham etdiyi üçün İsrail Müdafiə Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =