Generalları Makrona nifrət edir
Fransalı generallar Ukraynada döyüşməyəcək, çünki onlar Prezident Makronu sevmirlər.
Bunu Ukrayna Siyasət Fondunun rəhbəri Konstantin Bondarenko deyib.
“Makronun generalları ilə uzun müddətdir münaqişəsi var. Onlar artıq bir neçə dəfə, son beş ildə ən azı iki dəfə Makronun mövqeyini tənqid edən açıq məktub göndəriblər. Fransız generallar Makronu “Sarı jiletlilər”in etiraz aksiyaları zamanı etdiyi hərəkətlərə, eləcə də Afrikadakı hərbi-siyasi uğursuzluqlara görə tənqid ediblər. Repressiya və məcburi istefa hədələri Fransa Prezidentini tənqid edənləri dayandırmayıb”, – o bildirib.