Girov anası: Netanyahu məhbusları xilas etmək fikrində deyil
Sionist girovlardan birinin anası sionist rejim baş nazirinin İsraili məhv etməyə çalışdığını və məhbusları xilas etmək niyyətində olmadığını deyib.
Əl Aləm telekanalının məlumatına görə, “Metan” adlı sionist əsirin anası Ainaf Tsenqawker Netanyahunun açıqlamasına cavab olaraq bildirib ki, o, əsirləri azad etmək deyil, onları yan-yana dəfn etmək istəyir.
Ainaf Tsenqawker həmçinin deyib: Netanyahu İsraili məhv etməyə çalışır. Onun rəftarları ilə dediyi sözlər bu rejim daxilində ixtilaf yaradır və diplomatik əlaqələrlə razılıq səylərinə ziyan verir.
Bu günlərdə Fələstin mücahidləri hərəkatı elan etdi ki, sionist rejim baş nazirinin məqsədi girovların azadlığa buraxılması ziyanlarını öhdəsinə götürməmək üçün onları öldürməkdir.
Sionist mediası bazar günü gecə elan edib ki, Netanyahu Qəzza zolağındakı müqavimətlə əsirlərin dəyişdirilməsi təklifindən əl çəkib və bu rejimin dağılmış hərbi kabineti də bu xəbəri təsdiqləyib.