Guardian: ABŞ regionda müştərək dəniz qüvvələri yaradır

Guardian: ABŞ regionda müştərək dəniz qüvvələri yaradır

Guardian qəzeti Yəmənin Qırmıı dənnizdə İsrail gəmilərinə hücumunun qarşısını almaq üçün Amerikanın təşəbbüsü ilə ərəb ölkələrinin də iştirakı ilə regionda müştərək dəniz qüvvələri yaratmasından xəbər verir.

Əl Aləm telekanalının məlumatına əsasən, Londonun Guardian qəzetində çap olunan məqalədə deyilir: Vaşinqton Yəmənin Qırmızı Dənizdə İsrail gəmilərinə hücumunun qarşısını almaq üçün ərəb ölkələrinin iştirakı ilə müştərək dəniz qüvvələrii yaratmaq təşəbbüsü göstərir və tezliklə ABŞ-ın yüksək rütbəli rəsmilərinin regiona səfəri gözlənilir.

Deyilənlərə görə ABŞ müdafiə naziri Llyod Austin  Yaxın Şərqə səfər edəcək və bu təşəbbüsün icra mərhələsi ilə yaxından tanış olub bunu rəsmi surətdə elan edəcək.

Məlumata görə müştərək hərbi qüvvələr təkcə ərəb ölkələrindən təşkil olunmayacaq. Hətta Çin razı olarsa, də bu müştərək plana qatıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =