Günvurma və istivurmanın bilmədiyimiz fəsadları – Nələrə diqqət etməliyik?-Video

Günvurma və istivurmanın bilmədiyimiz fəsadları – Nələrə diqqət etməliyik?-Video

Yayın gəlişi, havaların isinməsi ilə əlaqədar olaraq günvurma və istivurma halları baş verir. Günvurma orqanizmin günəş şüları altında bilavəsitə istiliyə məruz qalmasıdır. İstivurma isə yüksək temperatur olan şəraitdə rast gəlinir. Günvurma zamanı insanda ümumi zəiflik, halsızlıq, temperaturun yüksəlməsi, susuzluq hissi, ürəkbulanma, bəzi hallarda qusma və sayıqlamalar müşahidə olunur.

Əgər vaxtında müdaxilə edilməsə günvurma ilə üzləşən şəxsin hətta huşunu da itirməsi mümkündür. İstivurmanın da simptomları günvurma ilə eynidir, yeganə fərq günvurmanın ancaq açıq havada qeydə alınmasıdır. Ümumiyyətlə, dünyada hər il minlərlə insan günvurmadan dünyasını dəyişir. TƏBİB-in ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova yay mövsümü başlayandan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 23 nəfərin müraciət etdiyini bildirir.

Həkim Arzu Hüseynova deyir ki, günvurma və istivurmaya məruz qalmamaq üçün əvvəldən müəyyən tədbirlər görülməlidir. O bildirir ki, xüsusən dənizdə olarkən Bəs günvurmaya məruz qalan şəxsə ilkin tibbi yardım necə göstərilməlidir? Arzu Hüseynova qeyd edir ki, günvuran şəxsi ilk növbədə günəşin şüaları altından uzaqlaşdırmaq lazımdır. Həkimin də dediyi kimi, günvurma halları bəzən ölümlə də nəticələnə bilər. Bu səbəbdən yayın isti günlərində istirahət edərkən sağlamlığımızı qorumağa xüsusi diqqət etməkdə fayda var. 

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =