Gürcüstan Prezidentinin impiçmenti məsələsinə baxılır

Gürcüstan Prezidentinin impiçmenti məsələsinə baxılır

Gürcüstanın Konstitusiya Məhkəməsində Prezident Salome Zurabişvilinin impiçmenti üzrə məhkəmə prosesi başlayıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

“İclasda plenumun üzvləri olan doqquz hakimin hamısı iştirak etdiyi üçün hakimlərin kvorumu var”, – Konstitusiya Məhkəməsinin sədri Merab Turava bildirib.

Məhkəmə prosesində impiçmentin müəllifləri olan İrakli Kobaxidze daxil olmaqla, parlamentin “Gürcü Arzusu”ndan olan 5 üzvü iştirak edir.

Amma Gürcüstan Prezidenti məhkəmə prosesində iştirak etmir. Onun Konstitusiya Məhkəməsində maraqlarını Tamar Çuqoşvili və Maya Kopaleişvili müdafiə edirlər.

Qeyd edək ki, sentyabrın 1-də S.Zurabişviliyə qarşı impiçmentlə bağlı hakim “Gürcü Arzusu” Partiyası imzatoplama kampaniyasına başlayıb. S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Gürcüstan hökuməti isə onun bu səfərini qəbuledilməz sayıb.

Müxalifətin dəstəyi olmadan “Gürcü Arzusu” və “Xalq Gücü” hərəkatının üzvlərinin təmsil olunduğu parlament çoxluğu impiçment prosedurunu başa çatdıra bilməyəcək, çünki ən azı 100 səs lazımdır və çoxluğun hazırda cəmi 83 üzvü var.

Hakim partiya Zurabişvilini Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozmaqda ittiham edib (Prezidentin xarici əlaqələrdə nümayəndəlik funksiyalarını yalnız hökumətin icazəsi ilə həyata keçirmək hüququ var).

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + ten =