Gürcüstanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Gürcüstan Baş nazirinin müavini, Xarici İşlər Naziri David Zalkaliani yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
Bu barədə o, brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, qonşu ölkələrə səfərlər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya olacaq.
“Səfərlər çərçivəsində Gürcüstan üçün vacib geosiyasi layihələr, eləcə də ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri nəzərdən keçiriləcək”,
D.Zalkaliani qeyd edib ki, Gürcüstan üçün geosiyasi layihələri stimullaşdırmaq çox vacibdir.