Həmas: ABŞ dəstəkli İsrail Qəzzədə soyqırımını davam etdirir

Həmas: ABŞ dəstəkli İsrail Qəzzədə soyqırımını davam etdirir

Fələstin Müqavimət Hərəkatı Həmas İsral rejiminin Amerika dəstəyi ilə Qəzzədə soyqırımının davam etdiyini vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Həmasın bu gün (22 yanvar) yayımladığı bəyanatda deyilir: İşğalçılar Xan Yunusda didərginlər yaşayan 5 müvəqqəti düşərgəni qəsdən hədəfə alaraq bir daha soyqırım həvəslərini söndürməyə çalışdılar.

Fələstinl didərginlərə bu düşərgələrə getmələrini İsrial ordusu özü istəmiş, oranın təhlükəsiz olduğunu iddia etmişdilər. Amma fələstinlilər o düşərgələrdə yerləşdikdən sonra onları hədəfə alaraq bir daha bu çirkin cinayətə bulaşdılar.

Bəyanatın davamında deyilir: Sionistlərin Qəzzədə fələstinlilərə çəkdirdikləri zülm və soyqırımının məsuliyyətini BMT və dünya xalqları da daşımalıdır.

Həmas həmçinin bütün azad ölkələrdən İsrailin çirkin cinayətləri barədə beynəlxalq məhkəmələrə şikayət etmələrini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 10 =