Həmas: ABŞ-ın Şəfa xəstəxanası barədə iddiaları tamamilə yalandır
Fələstin İslami Müqavimət Hərəkatı Həmas ABŞ müdaifə nazirliyinin iddiaları barədə deyib: Həmasın Şəfa xəstəxanasından hərbi məqsədlər üçün istifadə etməsi barədə Pentaqonun iddiaları təkrar olunan yalandır.
Həmas elan edib: Xəstəxana və məktəblərdə beynəlxalq komitələrin axtarış etmə tələbimizə laqeyd qalmaları sionist rejimin cinayətlərinin Vaşinqtonla əlbirliyinin nişanəsidir. Prezident Co Baydenə xatırladaq ki, işğalçı rejim bu günə kimi əksər xəstəxanaları bombardman edib və 26 xəstəxananın yanacaq və elektrikini kəsib.
Qeyd edək ki, ÜST başçısı Tedros Adahanom Qəzzədə səhiyyə vəziyyətinin təəsüfləndirici olduğunu da etiraf edərək deyib: Qəzzə xəstəxanalarının dəhlizləri də ağır yaralılarla doludur. Morqlarda yer yodur. Yaralılar narkozsuz əməliyyat edilir. On minlərlə insan xəstəxanalara pənah aparıb. Məktəblərdə qalan insanlar qida almaq ümidi ilə yaşayır.