HƏMAS ABŞ Senatının qərarını beynəlxalq hüququn pozulması hesab etdi

HƏMAS ABŞ Senatının qərarını beynəlxalq hüququn pozulması hesab etdi

Qafqaztimes xəbər verir ki, HƏMAS-ın mətbuat katibi Hazim Qasim, ABŞ Senatının ABŞ-ın Qüdsdəki səfirliyinin fəaliyyətinin davam etməsi və Qüdsü Sionist rejiminin paytaxtı kimi tanıması ilə bağlı qərarının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

“Bu qərar əsla Fələstin xalqının Qüds şəhərindəki gerçəkliyi, tarixi və tam hüququnu dəyişdirməyəcək və Fələstin torpaqlarının hər yerindən işğalçıları çıxarmaq və paytaxtı Qüds şəhəri olan müstəqil bir dövlət qurmaq üçün millətin davamlı mübarizəsini dayandırmayacaqdır”, – deyə Hazim Qasim təkid edib.

Qeyd edək ki, Cümə günü ABŞ Senatı səs çoxluğu (97 səs) ilə ABŞ-ın işğal olunmuş Qüdsdəki səfirliyinin fəaliyyətinin davam etməsinə qərar verib.

ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2018-ci ilin ortalarında ABŞ səfirliyini Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürmüş, bundan əvvəl isə O,2017-ci ilin sonunda Qüds şəhərini Sionist rejiminin paytaxtı kimi tanımışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 8 =