Həmas: Amerikanın TŞ qətnaməsi sionist düşmən məqsədlərinə xidmət edir

Həmas: Amerikanın TŞ qətnaməsi sionist düşmən məqsədlərinə xidmət edir

Fələstin İslami Müqavimət hərəkatı Həmas Rusiya, Çin və Əlcəzairin BMT TŞ vetosu layihəsinə etirazının təqdirəlayiq olduğunu elan edərək Amerikanın qətnamə layihəsinə vetonun sionist rejim məqsədlərinə xidmət etdiyini vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Həmas bəyanat yayaraq elan edib: BMT Təhlükəsizlik Şurasının veto qoyulmuş qətnamə layihəsində sionist rejim məqsədlərinə xidmət edən aldadıcı detallar Qəzzədə Fələstin xalqı əleyhinə daha da şiddətli cinayətlər üçün imkan yaradılmasından əlavə, müharibənin dərhal dayandırılması üçün heç bir zəmanət verilməmişdi.

Bəyanatda həmçinin deyilir: Biz Rusiya, Çin və Əlcəzairin bu qətnaməyə etirazını təqdirəlayiq hesab edir, bu humanitar rəftarları üçün onlara minnətdarlığımızı bildiririk.

Xatırladaq ki, Rusiya, Çin və Əlcəzair dövlətləri cümə günü (22 mart) Amerikanın Qəzzə barədə sionist rejim lehinə tənzimlənmiş qətnamə layihəsi üçün veto hüquqlarından istifadə etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =