Həmas: Biz danışıqları ciddi şəkildə izləyirik, Netanyahu isə razı deyil

Həmas: Biz danışıqları ciddi şəkildə izləyirik, Netanyahu isə razı deyil

HƏMAS liderlərindən biri HƏMAS-ın ciddiliyini vurğulayaraq deyib: Netanyahu və onun ekstremist kabineti atəşkəs razılaşmasına qəsdən mane olur.

Əl Aləm telekanalının məlumatına əsasən, İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək səviyyəli üzvü Hisam Bədran deyib: Biz danışıqlara ciddi yanaşır və xalqımızın iztirablarına son qoyacaq razılığa gəlməyə can atırıq. Amma Netanyahu və onun ekstremist kabineti atəşkəs razılaşmasına qəsdən mane olur. Netanyahunun hesablamaları onun şəxsiyyəti və siyasi gələcəyi ilə bağlıdır və o, razılaşmada maraqlı deyil.

Hisam Bədran həmçinin qeyd edib: Qahirədə keçirilən danışıqların bu raundunda bizə təklif olunanlar əvvəlkilərə nisbətən yaxşıdır. Biz Amerika hökuməti ilə birbaşa deyil, mediatorlar vasitəsilə əlaqə saxlayırıq. Amma Amerika da neytral mövqe daşımır və bu müharibədə iştirak edir.

HƏMAS liderinin sözlərinə görə Türkiyə və Rusiyadan işğalçı rejimlə hər hansı razılaşmaya zəmanət verilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 19 =