HƏMAS: Bütün cinayətlərə baxmayaraq, İordan çayının qərb sahilində müqavimət davam edir
HƏMAS hərəkatının sözçüsü sionist hərbçilərin Tulkərimin şərqindəki düşərgəyə hücumuna cavab olaraq İordan çayının qərb sahilində müqavimətin davam etdiyini vurğulayıb.
HƏMAS hərəkatının sözçüsü Hazim Qasim vurğulayıb ki, sionist rejimin cinayətlərinə baxmayaraq, İordan çayının qərb sahilində müqavimət davam edir.
Ötən gecə sionist əsgərlər 60-dan çox hərbi maşının dəstəyi ilə Tulkərim şəhəri və Nur Şəms düşərgəsinə hücum edərək fələstinlilərə atəş açıb, səs bombaları və gözyaşardıcı qazlardan istifadə edib.
Fələstinli döyüşçülər də onlara qarşı müqavimət göstərib və iki tərəf arasında qarşıdurma baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə, bu münaqişədə 13 fələstinli yaralanıb.
Hazim Qasim dünən gecə sionist qüvvələrin hücumları qarşısında dayanan və onlarla vuruşan fələstinli döyüşçüləri salamlayıb.
“Shahab News” saytının xəbərinə görə, HƏMAS-ın sözçüsü deyib: “Sionistlərin Qüds və İordan çayının qərb sahilindəki gündəlik təcavüzləri faşist kabineti ilə qarşıdurma üçün vahid milli strategiya hazırlamaqda hər kəsin məsuliyyətini artırır.”