Həmas Ərəb Sammitinin qərarlarını alqışlayır

Həmas Ərəb Sammitinin qərarlarını alqışlayır

 Həmas Misirin Qahirədə ev sahibliyi etdiyi ərəb liderlərinin fövqəladə sammitində iştirakçıların mövqelərini alqışlayıb.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən,   Həmas bu gün (5 mart)  bir bəyanat yayaraq, fələstinlilərin Qəzza, İordan çayının qərb sahili və Qüdsdə üzləşdiyi soyqırım və məcburi köçkün planları fonunda Fələstin məsələsinin üzləşdiyi təhlükələri müzakirə etmək üçün ərəb dövlət başçılarının fövqəladə iclasının keçirilməsini yüksək qiymətləndirərək deyib: Biz Ərəb Liqasının Qahirədə keçirilən fövqəladə sammitində işğalçı rejimin xalqımızın məcburi köçkünləşdirilməsi planlarının rədd edilməsini, ilhaq və köçürmə layihələrinin əleyhinə olduğunu, Fələst xalqının azadlığı və öz müqəddəratını təyin etmək üçün qanuni hüquqlarının dəstəkləndiyini vurğulayan liderlərin və başçıların sözlərini yüksək qiymətləndiririk.

Ərəb ölkələrinin Fələstin xalqını zorla köçürmək və ya Fələstin milli məsələsini hər hansı bəhanə və ya pərdə altında silmək cəhdlərini rədd etmək mövqeyini yüksək qiymətləndirən bu hərəkat bu mövqeləri şərəfli hesab edib və Fələstin Nəkbəsinin bir daha təkrar olunmayacağını vurğulayan tarixi mesajdır.

Həmas həmçinin vurğulayıb ki, Fələstin xalqı ərəb ölkələrinin vahid mövqeyinin dəstəyi ilə bu fitnə və planların qarşısını almağa qadirdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =