HƏMAS: İşğalçı rejim müqaviməti dayandıra bilməz

HƏMAS: İşğalçı rejim müqaviməti dayandıra bilməz

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) işğalçı rejimin terror siyasətini davam etdirməklə heç vaxt müqaviməti dayandıra bilməyəcəyini vurğulayıb.

HƏMAS hərəkatının xaricdəki liderlərindən Hişam Qasim deyib: Gününü günorta çağı Fələstin xalqının övladlarının öldürülməsi siyasətinin davam etdirilməsi sionist rejimin fələstinlilərin qanını tökməkdə israrlı olduğunu göstərir.

Bazar günü axşam (dünən) İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində sionist rejim əsgərləri birbaşa fələstinli avtomobilə atəş açaraq 3 fələstinli döyüşçünü şəhid ediblər.

Qasim aydınlaşdırıb ki, bu qanlı cinayətin müqavimətin artması və son şəhadət əməliyyatları, xüsusən də, Məaliyyə Ədumim və Tel-Əvivdə iki şəhadət əməliyyatının həyata keçirilməsi ilə üst-üstə düşməsi işğalçı rejim və onun təhlükəsizlik qurumlarının hücumları dayandırmaq iqtidarında olmadığını göstərir. Müqavimət və onun genişlənməsi bu rejimi öz zəifliyini və uğursuzluğunu kompensasiya etmək üçün qanlı cinayətlər törətməyə məcbur edir.

 “Şahab News” saytının xəbərinə görə, bu HƏMAS lideri həmçinin işğal olunmuş ərazilərdəki müqavimət qrupları və bütün fələstinliləri silahlı əməliyyatları intensivləşdirməyə və işğalçı rejim və mühacirlərə daha çox ziyan vurmağa və bununla sionist rejimin qanlı cinayətlərinə cavab verməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 10 =