Həmas: İsrail 3 məsələni xatırlasın
Həmasın alirütbəli üzvü onların mövqelərinin şəffaf olduğunu bəyan edərək deyib: Sionist rejimin təkcə 3 çıxış yolu var. Biz isə aylarla müqavimətimizdə davamlıyıq.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Üsamə Həmdan Əl Məyadin telekanalı ilə müsahibədə Tel Əvivlə vasitəçiliklə girov mübadiləsi barədə yeni müzakirə raundunun başlanması barədə şübhələrə cavab verərkən deyib: Bizim mövqeyim şəffaf və aydındır: Təcavüzkarlığa son qoyulmadan heç bir müzakirədən söz gedə bilməz.
Həmdan Həmasın aylarla müqavimətə dayanıqlı olduğunu xatırladaraq deyib: Girov mübadiləsi dayandırıldığı və son günlərdə səhvən öz vətəndaşlarının ölümünə səbəb olduğu üçün İsrail xiyabanlarındakı qəzəb hissi alovlanmaqdadır.
İşğalçıların sadəcə 3 məsələni xatırlamasını söyləyən Üsamə Həmdan izah edib: Şalit, arxadan vurulan israillilər və Run Arad.
Sionist hərbçi Gilan Şalit 2006-cı ilsə Əl Qəssam batalyonları tərəfindən əsir götürüldükdən sonra 2011-ci ildə 1000 fələstinli əsirlə mübadilə edilmişdi.
Livanda vurulmuş təyyarənin pilotu Run Arad 1986-cı ildən bu günə kimi hələ də sionistlərin göz dağıdır.
Üsamə sonda deyib: İsrail bu müharibə ərzində heç bir məqsədinə çatmayıb. Bu günə qədər Həmas rəhbəri Yəhya Sinvarın müharibəni necə idarə etdiyi barədə heç bir məlumat yoxdur. Batalyon komandirləri onun idarəetməsinə tam əmindirlər. Çünki Kətaib Əl Qəssam batalyonları komandanlığı ilə Həmas arasında tam koordinasiya hakimdir.