Həmas müvəqqəti atəşkəs təklifini rədd edib

Həmas müvəqqəti atəşkəs təklifini rədd edib

 Həmas liderlərindən biri Fələstin xalqının tələblərinə cavab vermədiyi üçün təklif olunan atəşkəsə qarşı olduğunu açıqlayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Sami Əbu Zəhri dünən gecə (1 noyabr) deyib: Məqsədimiz işğalçıların təcavüzünü dayandırmaq, ədalətli mübadilə razılaşması və qaçqınların geri qayıtmasıdır. Amma Amerika tərəfi yalnız Qəzza ilə bağlı rəsmi razılaşma axtarır.

Əbu Zəhri əlavə edib: Biz vasitəçilərə təklif olunan layihənin bizim tələblərimizə cavab vermədiyini dedik. Biz sadəxə xalqımıza qarşı törədilən cinayətləri, qətlləri dayandırmaq istəyirik. Son vaxtlar bizə təqdim olunanlar xalqımızın tələblərinə cavab verməyən, xüsusən də soyqırım müharibəsinin dayandırılması ilə bağlı müvəqqəti atəşkəs təklifidir.

Əbu Zəhri HƏMAS-ın həllə yönəlmiş heç bir çağırışdan üz döndərməyəcəyini də vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + eleven =