HƏMAS və İslami Cihad: Tel-Əvivdəki şəhidlik əməliyyatı işğalçı rejimə bir mesajdır
HƏMAS və İslami Cihad hərəkatları vurğulayıb ki, Tel-Əvivdə şəhadət əməliyyatı və bir sionistin öldürülməsi və bir neçə nəfərin yaralanması işğalçı rejimin cinayətlərinə təbii cavabdır.
İslami Cihad hərəkatının sözçüsü Tariq İzzəddinin Təl-Əvivdə bir sionistin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən şəhadət əməliyyatını təbrik edib.
O, aydınlaşdırıb ki, bu şəhidlik əməliyyatı işğalçı rejimin cinayətlərinə, Fələstin xalqına və onun müqəddəs yerlərinə qarşı təcavüzlərinə təbii və qanuni cavabdır.
İzzədinin bu qəhrəmanlıq və bənzərsiz əməliyyat Fələstin xalqının işğalçı rejimə ağrılı zərbələr endirmək qabiliyyətini və müqavimətini göstərir.
“Fələstin Əl-Yəvm” saytının xəbərinə görə, İslami Cihadın sözçüsü həmçinin, vurğulayıb ki, Tel-Əviv əməliyyatı işğalçı rejimin təhlükəsizliyi, hərbi və siyasi sisteminə güclü zərbədir və müqavimətin bu rejimin dərinliklərini hədəf almağa qadir olduğunu sübut edib.
Digər tərəfdən, HƏMAS hərəkatı Tel-Əviv əməliyyatının müqavimətin və gənclərinin işğalçı rejimə qarşı hücum gücünü göstərdiyini vurğulayıb.
Bu hərəkat əlavə edib ki, işğalçı rejimin Məscidül-Əqsadakı cinayətlərinə cavab əməliyyatı artıb və heç vaxt dayanmayacaq.
Cümə günü axşam sionist mediası Tel-Əvivdə avtomobil təqibi və atışma barədə məlumat yayıb.
Sionist rejim mediasının son xəbəri göstərir ki, Tel-Əvivdə şəhadət əməliyyatı zamanı bir qəsəbə sakini həlak olub, 7 nəfər yaralanıb və onlardan bəzilərinin vəziyyəti ağırdır.