Həmdan: ABŞ hökuməti Fələstin xalqına qarşı cinayətdə əsas ortaqdır

Həmdan: ABŞ hökuməti Fələstin xalqına qarşı cinayətdə əsas ortaqdır

HƏMAS-ın Siyasi Bürosunun üzvü Usamə Həmdan bazar ertəsi axşam saatlarında deyib: “Amerika hökuməti Fələstin xalqına qarşı cinayətdə və xalqımızın qanını tökməkdə əsas ortaqdır.”

İRNA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Həmdan əlavə edib: “Amerika hökumətinin HƏMAS-ı Qəzzada müvəqqəti atəşkəs rejimini pozmaqda ittiham etməkdə və bu zolağa qarşı müharibə və cinayətləri bərpa etməkdə israr etməsi sionistlərin uydurmalarını dəstəklək istiqamətində həyata keçirilir.”

Həmdan qeyd edib ki, işğalçı İsrail rejimi 70 gündən artıqdır ki, Fələstin xalqına qarşı amansız müharibəsini davam etdirir.

O, “müasir nasistlərin Cəbəliyyədə 100-dən çox insanın şəhid olmasına səbəb olan cinayətlər törətdiklərini” bildirərək vurğulayıb: “Qəzzaya qarşı 73 günlük müharibə zamanı 19 minə yaxın insan şəhid olub.”

“Eylatdan Aqabaya və digər ərazilərə əks miqrasiyanı izləyirik”-deyə, o, bildirib.

Onun sözlərinə görə, düşmənlə güzəştə getməyə ümidvar olanlar üçün Qəzzadan açıq mesajlar var.

HƏMAS rəsmisi deyib: “Yenə də İslam ümmətinin başçıları və rəhbərlərindən iki milyondan çox fələstinlinin həyatını xilas etmək üçün Qəzzaya rəsmi və ictimai heyətlər göndərmələrini istəyirik.”
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 1 =