Həniyyə: İsrail Qəzzanı təxminən, 100 gün qətliam və bombaladıqdan sonra məqsədlərinə çata bilmədi

Həniyyə: İsrail Qəzzanı təxminən, 100 gün qətliam və bombaladıqdan sonra məqsədlərinə çata bilmədi

HƏMAS-ın siyasi ofisinin rəhbəri bu gün elan edib ki, sionist düşmən Qəzza zolağında 100 günə yaxın qətliam, soyqırım və bombardmanlarla öz hədəflərinin heç birinə nail ola bilməyib.

Fələstin HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə çıxışında elan edib ki, düşmən müharibədə sərf etdiyi böyük xərclərə, törətdiyi qətl və soyqırımlara baxmayaraq, müharibədə heç bir məqsədə nail ola bilməyib.

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri əlavə edib: Düşmən bu müharibədə 4 mərhələni nəzərdə tutub: Havadan bombardman, quru müharibəsi, müqavimət və siyasi səhnəyə diqqət yetirmək.

Həniyyə bildirib ki, sionist rejim bu müharibədə üç məqsəd güdür ki, bunlar da müqaviməti aradan qaldırmaq, əsirləri geri qaytarmaq və fələstinliləri Qəzza zolağından Misirə köçürməkdir.

O, əlavə edib: Bu məqsədlər Amerika hökuməti və Qərb koalisiyası tərəfindən planlaşdırılıb və biz açıq şəkildə deyirik ki, bu, Amerika-İsrail təcavüzüdür.

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri bildirib ki, Fələstin idealının dünya səviyyəsində marjinallaşdırılması və işğalçıların Fələstinə və Məscidül-Əqsaya qarşı planları və İsrail rejimi ilə münasibətlərin normallaşması prosesi Əl-Əqsa tufanı əməliyyatının həyata keçirilməsinin əhəmiyyətli səbəblərindən biridir.

Həniyyə Əl-Əqsa tufanı əməliyyatının başlamasından bu yana İordan çayının qərb sahilində şəhidlərin sayına işarə edərək deyib: Əl-Əqsa tufanı başlayandan bəri İordan çayının qərb sahilində 350-dən çox fələstinli şəhid olub. Qərb Sahilində vəziyyət çox təhlükəlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =