Həniyyə: Sionist işğalçıların Qəzzədən çıxarılması müqavimətin zərbələrinin nəticəsi idi

Həniyyə: Sionist işğalçıların Qəzzədən çıxarılması müqavimətin zərbələrinin nəticəsi idi

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Qəzzada İsrail rejiminin məğlubiyyətini İsrail rejiminin işğal dövrünün bitməsinin başlanğıcı adlandırıb.

Təsnim xəbər agentliyinin məlumatına görə, HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə Qəzzada sionist işğalının məğlubiyyətinin ildönümündə Fələstin bayrağının Qəzza zolağının 40%-ə yaxın ərazisini işğal edən 21 sionist yaşayış məntəqəsi xarabalıqları üzərində dalğalanmasını işğal dövrünün sonunun başlanğıcı adlandırıb

O, əlavə edib: Qəzza zolağında sionist işğalçıları məğlub etməyə müvəffəq olan hərtərəfli müqavimət strategiyası bu gün onların Qüds və İordan çayının qərb sahilində yəhudiləşdirmə və məskunlaşma üçün bütün səylərini puça çıxarmağa qadirdir.

O, sionistlərin Qəzzədən uğursuzluq və geri çəkilməsini keçici bir hadisə hesab etməyərək deyib: Onların geri çəkilmələri müqavimətin güclənməsi və onun ağrılı zərbələrinin qaçılmaz nəticəsi idi.

Həniyyə bu gün sionistlərin məğlubiyyətinin ildönümündə Qəzza zolağının “Ər-Ruknuş-Şədid 4” manevrinə şahid olduğunu deyərək vurğulayıb: Qəzzanı təcrid etmək və mühasirəyə almaq səylərinin uğursuzluğu müqavimətin qüdrət və həmrəyliyini ortaya qoyur. Müqavimət Fələstinin qələbəsi və azadlığı üçün yeganə seçimdir və davam edəcək.

Bununla əlaqədar Əl-Qəssam batalyonlarının baş komandanı Məhəmməd Əz-Zeyf Qəzzada sionist işğalının məğlubiyyətinin ildönümündə bildirib:

Qəzzada işğalçıların məğlubiyyəti Yaffanın, Hayfanın, Qüdsün və ölkənin qalan hissəsinin azadlığından xəbər verir.

Məhəmməd Əz-Zeyf əlavə edib: Müqavimət Fələstinin qələbəsi və azadlığı üçün yeganə variantdır və bu cür də qalacaq.

Bu gün 12 sentyabr, on səkkiz il əvvəl, yəni 2005-ci il sentyabrın 12-i Fələstinin müasir tarixində mühüm dönüş nöqtəsi və Fələstin müqavimətinin imkanlarının inkişafında unikal bir dövr olub və nəticədə Fələstin müqaviməti Qəzza zolağından olan sionist işğalçıları qovub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =