Həniyyə: Tel-Əviv bir milyon sionisti məskunlaşdırmaqla Fələstin kimliyini məhv etməyə çalışır

Həniyyə: Tel-Əviv bir milyon sionisti məskunlaşdırmaqla Fələstin kimliyini məhv etməyə çalışır

Fələstin İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri vurğulayıb ki, sionistlərin sui-qəsdləri İordan çayının qərb sahili və Məscidül-Əqsanın reallığının dəyişdirilməsi, onu zaman və məkan bölgüsünə ayırmaq, qəsəbə tikintisinin genişləndirilməsi və İordan çayının qərb sahilində bir milyon yeni məskunlaşmaçıdan ibarət bir qəsəbənin salınmasına yönəlib.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə bazar ertəsi günü İordan çayının qərb sahilinin üzləşdiyi bütün problemlərə qalib gəldiyini vurğulayıb.

Qüds xəbər saytı Həniyyəyə istinadən xəbər verir: İordan çayının qərb sahili Fələstin Muxtariyyətinin sionist rejimlə təhlükəsizlik koordinasiyası və sionistlərin İordan çayının qərb sahilində intifazə və müqaviməti məhv etmək niyyətində olmasına baxmayaraq, üzləşdiyi çətin şərtlərdən sonra yeni dəyişikliyə və müqavimətin və gənclərinin yüksəlişinə şahidlik edir.

Qəzzənin müqavimət və münaqişə qaydalarının dəyişdirilməsi üçün güclü baza olduğuna və uzunmüddətli müqavimət layihəsi üçün strateji dəstək hesab edildiyinə işarə edərək, hazırkı cinayətkar sionist kabinetinin Fələstin məsələsi üçün böyük təhlükə olmasına işarə edib.

Sionistlər son cinayətlərində iyulun 3-də səhər saatlarında Cənin şəhərinə hərtərəfli hücuma keçdilər və bu münaqişə 48 saat davam etdi. Cenində görünməmiş dağıntılar və 120 fələstinlinin əsir düşməsi ilə yanaşı, 12 nəfərin şəhid olmasına və 140-dan çox insanın yaralanmasına səbəb oldu. Bundan sonra Cenin merinin müavini Məhəmməd Cərrar bu ərazini “fəlakət” ərazisi adlandırıb və bildirib ki, birinci mərhələdə sakinlərə əsas xidmətlərin göstərilməsi üçün 10 milyon dollar lazımdır.

Həniyyə sionistlərin sui-qəsdləri və yeni planlarını izah edərək deyib: Bu məsələ İordan çayının qərb sahilinin reallığını dəyişdirmək və Məscidül-Əqsanın zaman və məkan bölgüsü, qəsəbə tikintisinin genişləndirilməsi və bir milyon yeni mühacirin məskunlaşmasına, İordan çayının qərb sahilində yəhudi-fələstin irqi ikiliyini sabitləşdirmək və Fələstinin kimliyini yox etməyə yönəlib.

HƏMAS-ın bu rəsmisi İordan çayının qərb sahilindəki münaqişənin ən çətin mərhələdə olduğunu bildirib və belə aydınlıq gətirib: Bu münaqişə dini müharibədir. Sionist kabinet də bütün vasitələrlə sionistlərə qarşı hər hansı müqavimətin qarşısını almağa və ərəb ölkələri ilə normallaşmanı davam etdirməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =