Hər gün yediyimiz çörəklə bağlı ŞOK QƏRAR – Bu tarixdən…

Hər gün yediyimiz çörəklə bağlı ŞOK QƏRAR – Bu tarixdən…

İngiltərə alimləri tam buğda çörəyi qədər sağlam, lakin görünüşü və dadı ağ çörəyə bənzəyən yeni çörək növü yaratmağa çalışırlar.

Ağ çörək həvəskarlarını hədəf alan layihə İngiltərədə qidaların sağlamlığa faydalarını artırmaq üçün hökumət tərəfindən maliyyələşdirilir.

Tədqiqatçılar çörək qarışığına az miqdarda noxud, lobya və taxıl, həmçinin buğda kəpəyi və buğda cücərtisi əlavə etməyi planlaşdırırlar.

Çörək istehsalçıları əvvəllər una kəpək qataraq ağ çörəyi daha sağlam hala gətirməyə çalışsalar da, bunun dadı və quruluşu müştərilərin xoşuna gəlməyib.

Tədqiqat qrupunun liderlərindən biri, Aberystwyth Universitetindən Dr. Ketrin Hovart bildirib ki, alimlər ağ unun kimyəvi tərkibini ətraflı təhlil etməyə başlayıblar. Dr. Howarth ağ çörəyin ləzzətini və teksturasını qorumaq və qida dəyərini tam buğda çörəyi səviyyəsinə yüksəltmək üçün incə bir tarazlıq lazım olduğunu söyləyib.

Bu, üyütmə prosesində çıxarılan daha az miqdarda buğda kəpəyi və buğda rüşeyminin, eləcə də quinoa, teff, sorgum və darı kimi vitaminlər, minerallar və liflə daha zəngin olan digər taxılların əlavə edilməsini nəzərdə tutur. Çörəyə yaşıl noxud və lobya əlavə edilərək zülal baxımından zənginləşdirilməsi nəzərdə tutulur.

“Biz üyütmə zamanı hansı vitamin və mineralların məhv edildiyini dəqiq öyrənmək istəyirik. Digər taxıllardan istifadə etməklə biz dəmir, sink və vitaminlərin səviyyəsini və ən əsası lif tərkibini artıra bilərik, çünki ağ çörəyin çox az lifi var, lif isə sağlamlıq üçün çox vacibdir.” – alim deyib.

Dr Howarth bu məhsullarla yeni reseptlər yaratdıqdan sonra un istehsalçısı Shipton Mill-in məhsul inkişaf meneceri Chris Holister onları çörəyə çevirəcək.

“İnsanların çoxu tam buğda çörəyinin onlar üçün daha yaxşı olduğunu bilir, lakin bir çoxları ya dadına görə, ya da maraqlanmadıqları üçün onun istehlakını təxirə salır”, – Holister bildirib.

Son mərhələdə insanlar yeni çörəyin dadına baxacaq və müştərilərin onu ağ çörəkdən ayırd edib-etmədikləri yoxlanacaqlar. Məhsulun təxminən iki il ərzində – 2026-ci ilədək Böyük Britaniyada supermarket rəflərində olması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − three =