Həzrət Məsumə (s) İslami İrana İlahi nemətidir

Həzrət Məsumə (s) İslami İrana İlahi nemətidir

İran prezidenti İbrahim Rəisi bu gün müqəddəs Qum şəhərinə səfər edərək ilk növbədə Həzrət Məsumənin (ə) pak hərəmini ziyarət etdikdən sonra hərəm ziyarətçiləri qarşısında çıxış edib.

İran prezidenti Seyid İbrahim Rəisi bu gün Qum vilayətinə sayca ikinci səfərində Həzrət Məsumənin (ə) pak hərəmində camaat qarşısında çıxış edərək, O həzrətin (ə) və İmam Rzanın (ə) mübarək mövludu və bu adla hər il keçirilən Kəramət ongünlüyünün münasibəti ilə təbrik edib. Prezident Rəisi Qumun böyük şəxsiyyətlərinin yetişdirilməsini və mərcəi-təqlidin ali hakimiyyətini Həzrət Fatimeyi Məsumənin (ə) bərəkətlərindən olduğunu xatırladaraq O Həzrətin varlığı sayəsində Qum tədbir və uzaqgörənliyin, elm və ictihadən mərkəzinə çevrildiyini və bunun təsirinin bütün İslam aləmində hiss olunduğunu qeyd edib.

Preziden Rəisi Həzrət Fatimeyi Məsumənin (ə) varlığını İslami İran və bütün İslam dünyası üçün İlahi nemət və İslam maarifinin yayılması və nəşri üçün əsas bir mərkəz olduğunu diqqətə çatdıraraq bu şəhərin elm və bəsirət mərkəzi, şanlı İslam inqilabının mənşəyi və həmişə İslam inqilabının dayağı olduğunu vurğulayıb.

İran prezidenti Rəisi bildirib ki, düşmənlər dəfələrlə iğtişaşlar, terrorlar, partlayışlar və digər mənfur planlarla İran xalqına mane olmağa cəhd etmiş lakin bu xəyyallar tezliklə batil olmuşdur.

“İran xalqı özünün polad iradəsi, Allaha təvəkkül və öz imkanlarına arxalanmaqla və eləcə də Rəhbərliyinə sözsüz tabeçiliyi ilə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin tutduğu bayraq altında böyük bir irəliləyiş uğrunda hərəkətdədir və mən də Rəhbərin bir əsgəri və sizin xidmətçiniz kimi bu irəliləyişlərin həyata keçirilməsinə çalışıram”-prezident əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 1 =