Haaretz: Gənclər İsraili tərk edirlər

Haaretz: Gənclər İsraili tərk edirlər

 “Haaretz” qəzeti israilli məyus gənclərin hazırda İsraili tərk etməyi düşündüyündən xəbər verir.

İRNA-nın məlumatına əsasən, “Haaretz” qəzeti bu gün (2 may) bir xəbərdə israilli gənclərin ümidlərini itirdiklərini, hər an evlərinin uçmaq təhlükəsində olduğundan qorxduqları üçün İsraili tərk etmək istədiklərindən yazıb.

Məlumatda deyilir: İsrailli gənclər ümidlərini itirdikləri üçün bu ölkəni tərk edirlər. Hərbi xidmətini bitirb ehtiyatda olan gənclər hər an müharibəyə çağırılacaqlarından qorxur, təhlükəsiz bir həyata tamamilə ümidlərini itirdikləri onlara yaxşı gələcək vəd edən rəhbərlik olmadığı qənaətinə gəldikləri, müharibənin hələ uzun müddət  davam edəyini düşündükləri üçün İsraildə yaşamaq istəmirlər.

Qeyd edək ki, Fələstin müqavimət qruplarının “Əqsa tufanı” əməliyyatının başlamasından 7 aydan çox vaxt keçməsinə rəğmən müharibənin davam etməsi sionistlərin ruhi-psixoloji sarsıntıları ibridilli mediaların gündəm mövzularından biridir. Belə ki, 7 oktyabrdan sonra İsraildə intihar halları həddən artıq artıb.

Məlumata görə İsrailin 12-ci kanalı bu yaxınlarda bir məlumat yayaraq, Əl-Əqsa tufanı əməliyyatından sonra 520 min sionist qəsəbə sakininin psixoloji sarsıntıda olduğunu, travma sonrası stress pozğunluğundan (TSSB) müalicəyə ehtiyacı olduğunu açıqlayıb.

Bundan əvvəl sionist “Walla” internet saytı İsrail rejiminin 1600 əsgər və zabitinin müharibə travması keçirdiyi və bu araşdırmaya əsasən onlardan ən azı 250 nəfərinin müharibədən tərxis edildiyi barədə faktlar yazmışdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =