Haaretz: İsrail ordusunun Qəzzada təcili olaraq 8000 əsgərə ehtiyacı var

Haaretz: İsrail ordusunun Qəzzada təcili olaraq 8000 əsgərə ehtiyacı var

 Sionist rejimin  “Haaretz” qəzeti işğalçı İsrail ordusunun əsgər çatışmazlığından və təcili olaraq Qəzzada daha 8 min əsgərə ehtiyacı olduğundan xəbər verib.

Təsnim Xəbər Agentliyinin xəbərinə görə, işğalçı orduda insan qüvvəsi böhranının ardınca “Haaretz” qəzeti Qəzza müharibəsində verdiyi itkiləri aradan qaldırmaq üçün daha 8 min əsgərə ehtiyacı olduğunu yazıb.

Qəzetin hərbi analitiki Amos Hariel bir reportajda İsrail Ali Məhkəməsinin Haredi yəhudilərinin hərbi xidmətin zəruriliyi ilə bağlı verdiyi hökmü müzakirə edərək yazıb: Bu xəbəri eşidən Livan sərhədindəki 1-ci Komandanlığın qərargahında ehtiyatda olan hərbçiləri verilən qərara tənqidlə yanaşdı.

İsrail parlamenti bu yaxınlarda Haredi yəhudilərinin (Netanyahunun əsas tərəfdarları) hərbi xidmətə göndərilməsinə qadağa qoyulduğunu elan etdi və bu, ordu komandirləri və Netanyahunun əleyhdarlarının kəskin etirazları ilə müşayiət olunur.

İşğalçı ordunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Herzi Halevi hərbi və siyasi liderlərinə yazdığı məktubda Qəzzada missiyaları yerinə yetirmək üçün 15 yeni batalyona ehtiyacı olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =