Haaretz: İsraillilər Netanyahudan bezib

Haaretz: İsraillilər Netanyahudan bezib

Sionist rejim qəzeti Haaretz baş nazir Benyamin Netanyahunun sevilməməsi barədə məlumat verərək yazıb: İsraillilər artıq Netanyahudan beziblər. Amma o, hakimiyyətə yapışıb və buraxmaq istəmir.

Əl Aləm telekanalının məlumatına əsasən, Haaretz bu gün (13 dekabr) ABŞ prezidenti Co Baydenin son ıxışına işarə edərək yazır: Netanyahu müharibə dövründə belə İsraili müxalifət mərkəzinə çevirərək Amerika ilə birlikdə bizi təhlükəyə sürükləyir.

Qeyd edək ki, Co Bayden dünən (12 dekabr) çıxışında İsrailin Qəzzədə yersiz bombardmanları səbəbinə beynəlxalq rəyi itirməkdə və dünya dəstəyindən məhrum olmaqda olduğunu deyib.

Bayden həmçinin Netanyahuya nazirlər kabinetində dəyişiklik aparıb möhkəmləndirməsini, İsrail-Fələstin münaqişəsinin uzunmüddətli həlli barədə tədbirlər görməsini məsləhət görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 15 =