Hacıqabulda bir gündə əmioğlulardan biri intihar edib, digərini maşın vurub

Hacıqabulda bir gündə əmioğlulardan biri intihar edib, digərini maşın vurub

Hacıqabulda iki əmioğlu eyni gündə ölüb, biri intihar edib, digərini maşın vurub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Şərəfxan Mehti oğlu Ələkbərov özünü Ağacanlı kəndinin ərazisində yerləşən Xilə meşəsində ağacdan asaraq intihar edib.

Qeyd edək ki, digər hadisə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Ələkbərov Röyal Abuzər oğlunu vuraraq öldürüb. Hər iki faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 3 =