Hakan Fidan Azərbaycan xalqını təbrik edib

Hakan Fidan Azərbaycan xalqını təbrik edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xalqını Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik edib.

Türkiyəli nazir bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib:

“Can Azərbaycanın Milli Qurtuluş günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü mübarək olsun! Türkiyə və Azərbaycan dərin köklərə malik dostluq və sarsılmaz qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki dövlətdir. Şuşa Bəyannaməsi ilə möhkəmlənən bu birliyimiz bölgəmizdə sülh və sabitliyin təminatı olmağa davam edəcəkdir. “Bir Millət, İki Dövlət” şüarı ilə ünsiyyətimizin və qardaşlığımızın daimi olmasını diləyirəm” – paylaşımda belə deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + eight =