Hakan Fidan İsrailin yanında olan bu ölkəyə xəbərdarlıq etdi

Hakan Fidan İsrailin yanında olan bu ölkəyə xəbərdarlıq etdi

Türkiyənin xarici işlər naziri Kiprə xəbərdarlıq edib ki, sionist ordunun əməliyyatlarından uzaq olsunTürkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Kipr işğalçı İsrailin Qəzza ilə müharibədə əməliyyat mərkəzinə çevrilir. Hakan Fidan xəbərdarlıq edib ki, Aralıq dənizi qonşusu öz əməlləri ilə daha böyük münaqişənin bir hissəsi olmamalıdır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Habertürk TV-yə eksklüziv müsahibəsində deyib:
“Biz tez-tez kəşfiyyat hesabatlarında görürük ki, bəzi tərəflər xüsusilə Qəzzadakı əməliyyatlar üçün Cənubi Kipr administrasiyasından baza kimi istifadə edir”.

Bu ölkənin xarici işlər naziri və keçmiş kəşfiyyat rəhbərinin xəbərdarlığı Hizbullah lideri Seyid Həsən Nəsrullahın Kiprə xəbərdarlıq etməsindən sonraya təsadüf edib. Hizbullah xəbərdarlıq etmişdi ki, Müqavimət Hərəkatı sionist hava limanlarına hücum edəcəyi təqdirdə İsrail Kipr hava limanları və bazalarından istifadə edərsə bu ölkənin özü də ciddi problemlərlə üzləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =