Hakan Fidan: Qəzzadakı böhranın yayılmasının qarşısı alınmalıdır

Hakan Fidan: Qəzzadakı böhranın yayılmasının qarşısı alınmalıdır

Dünya Qəzzada atəşkəsin elan edilməsi və humanitar yardımın kəsintisiz şəkildə bölgəyə çatdırılması üçün səy göstərməlidir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada danimarkalı həmkarı Lars Lökke Rasmussen ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır:

“İsrail sülh istəyirsə, fələstinlilərin öz torpaqları, dövlətlərində yaşamaq haqlarına hörmət etməlidir”.

Hakan Fidan onu da əlavə edib ki, Qəzzadakı böhranın yayılmasının qarşısı alınmalıdır. Bu baş verməzsə, beynəlxalq səviyyədə daha pis hadisələr baş verə bilər.

Onun sözlərinə görə, Türkiyənin təklif etdiyi qarant ölkələr prinsipi müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + eighteen =