Hakerlər Britaniyanın hərbi obyektləri haqqında məlumatları internetə sızdırıblar
Hakerlər internetdə Böyük Britaniyadakı hərbi və kəşfiyyat obyektləri haqqında məlumatları internetə sızdırıblar.
“Report” xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Hakerlər minlərlə səhifəlik məlumatı onlayn yerləşdiriblər ki, onlardan istifadə edərək cinayətkarlar “HMNB Clyde” nüvə sualtı bazasına, “Porton Down” kimyəvi silah laboratoriyasına və hökumətin rabitə vasitələrinə sıza bilərlər.
Qeyd olunub ki, “LockBit” qrupunun hakerləri Britaniyanın kibermüdafiəsinin açarı olan maksimum təhlükəsizliklə təmin edilən həbsxanalar və hərbi obyekt haqqında məlumatları oğurlayıblar.