“Hakken” – “Qarabağ” oyununda ən azı 300 azərbaycanlı azarkeşin olacağı gözlənilir

“Hakken” – “Qarabağ” oyununda ən azı 300 azərbaycanlı azarkeşin olacağı gözlənilir

“Qarabağ”ın İsveçdə yerli “Hakken” komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununa azərbaycanlı azarkeşlərin də marağı yüksəkdir.

BAKU.WS xəbər verir ki, bu barədə report-a “köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

Fanatlar qarşılaşmanı tribunadan izləmək üçün kluba müraciət ediblər. Hacıyev sözügedən oyunda ən azı 300 azərbaycanlı azarkeşin olacağını bildirib.

Qeyd edək ki, oktyabrın 5-də Höteborqda reallaşacaq “Hakken” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =