Hansı dini tədbirlərə büdcə ayrılacaq?

Hansı dini tədbirlərə büdcə ayrılacaq?

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 22 milyon manatı və yaxud 0,1 %-i yaradıcı ittifaqlara, cəmiyyətlərə və dini tədbirlərə ayırmaların payına düşəcək.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bu barədə yaydığı məlumatında sözü gedən sahələrə ilk dəfədir ki, ayrıca vəsait ayrıldığı bildirilir.

Qeyd olunur ki,Həmin xərclər mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 3,8 %-ni təşkil edəcək.

Məlumatda dini tədbirlər deyəndə nəyin nəzərdtə tutulduğu dəqiqləşdirilməyib. Həmçinin həmin tədbirlərin Azərbaycan xalqının dini olan islam dinini yoxsa yəhudi və xristian dinlərini əhatə edəcəyinə də aydınlıq gətirilməyib.

Xatırladaq ki, Azərbaycan xalqının əsas dini bayramları, Fitr,Məbəs,Qurban,Qədir Xum və Nimeyi-şəbandır. Matəm mərasimlərinin isə ən başlıcası Məhərrəm ayında İmam Hüseynin əza mərasimlərindən ibarətdir. Bir çox müsəlman ölkələrində bu islami münasibətlərə uyğun tədbirlər və mərasimlərə dövlət tərəfindən maliyyə yardımlar edilir. Azərbaycan Respublikasında isə indiyədək müsəlman mərasimlərinin dövlətin yardımı olmamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 3 =