“Hava-hava” tipli raketilə təchiz edilmiş “Kərrar” ölkənin qərb bölgəsinin HHM sisteminə qoşuldu

“Hava-hava” tipli raketilə təchiz edilmiş “Kərrar” ölkənin qərb bölgəsinin HHM sisteminə qoşuldu

“Məcid” hava-hava raketləri ilə təchiz edilmiş Kərrar pilotsuz təyyarəsi Həmədan valisinin qatıldığı mərasimdə ölkənin qərb bölgəsinin Hava Hücumundan Müdafiəsinə qatılıb.

İRNA-nın Həmədan valiliyinin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən verdiyi məlumata görə, bu mərasimdə “Məcid” hava-hava raketi ilə təchiz edilmiş, 600 km uçuş məsafəsi və 50.000 fut uçuş hündürlüyünə malik Kərrar pilotsuz təyyarə Həmədan valisinin “Ya Fatimətəz-Zəhra” parolunun elanı ilə düşmən təyyarələri və raketlərinin izlənməsi və məhv edilməsi məqsədilə ölkənin qərb HHM zonasına əlavə edildi.

Həmədan valisi bu mərasimdə deyib: “Kərrar pilotsuz təyyarəsi ilə İran İslam Respublikası səmasının heç bir hissəsi düşmənlər üçün təhlükəsiz olmayacaq. İstənilən düşmən və təcavüzkar uçan obyekt hədəfə alınacaq.”

Əlirza Qasimi Farzad əlavə edib: “Kərrar PUA İslami İran övladlarının yerli biliklərə əldə etdiyi nailiyyətlərdən biridir. Kərrar uçuş məsafəsi 600 km və uçuş hündürlüyü 50.000 fut olmaqla daha çox çəkindirici güc yaradır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =