Havay adalarında 100 ilin ən dəhşətli faciəsi – ölü sayı durmadan artır

Havay adalarında 100 ilin ən dəhşətli faciəsi – ölü sayı durmadan artır

ABŞ-in Havay ştatında bir neçə gündür davam edən meşə yanğınında ölənlərin sayı 99-a çatıb.

BAKU.WS xarici KİV-ə istinadın xəbər verir ki, bu, ölkədə son 100 ildə ən çox insan itkisi ilə nəticələnən meşə yanğını kimi tarixə düşüb.

Məlum olub ki, yanğınlar zamanı Maui adasında yerləşdirilmiş 80 fəlakət xəbərdarlığı sistemindən heç biri işləməyib.

Havay Fövqəladə Hallar Agentliyinin sözçüsü Adam Ueintraub verdiyi açıqlamada bu sistemlərin heç birinin aktiv olmadığını bildirib.

Ueintraub, yanğınlar zamanı mobil telefonlara xəbərdarlıq mesajlarının göndərildiyini, radio və televiziya vasitəsilə xəbərdarlıq edildiyini, lakin elektrik olmadığı üçün bölgə əhalisinin bu xəbərdarlıqların heç birini ala bilmədiyini də vurğulayıb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + twenty =