Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb

Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb

ABŞ-ın Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Maui dairəsinin meri kiçik Riçard Bissen bildirib.

O, axtarış-xilasetmə əməliyyatınn aparıldığını deyib: “Sonra nə baş verəcəyini deyə bilmərəm”.

Məlumata görə, təbii yanğın nəticəsində məşhur Laxayn turist şəhəri tamamilə məhv olub.

ABŞ Prezidenti Cozef Bayden federal yardımla bağlı göstəriş verdiyini bildirib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + thirteen =